Polinukleotidlər (PDRN)
Polinukleotidlər dərinin öz bərpa proseslərini sürətləndirir. Göz altında dəri sıxlaşır və kölgə azalır, lazer və pilinqdən sonra dəri daha tez sağalır.
- Bir seans
- 45 dəqiqə
- Kurs
- 3 seans, 2–3 həftə ara ilə
- Nəticə
- 2–3 seansdan sonra, 6–9 ay saxlanılır
- Bərpa
- 1–2 gün papulalar, bəzən göyərmə

Kimlər üçündür
- Göz altında nazik dəri və kölgə
- Göz kənarında xırda qırışlar
- Akne izləri və genişlənmiş məsamələr
- Lazer və dərin pilinqdən sonra bərpa
Necə keçir
20 dəq
Keyləşdirici krem çəkilir.
15 dəq
Preparat nazik iynə ilə xırda dozalarla vurulur. Göz ətrafı üçün xüsusi duru forma istifadə olunur.
Sonra
Soyuq kompres. Papulalar ertəsi gün keçir.
Qiymətlər
300 ₼-dən yuxarı kurslara Birbank və TamKart ilə 3–6 ay faizsiz taksit.
- Rejuran Healer, 2 ml
- 450 ₼
- Rejuran I, göz ətrafı, 1 ml
- 320 ₼
- Plinest, 2 ml
- 380 ₼


Nəticə: göz altında kölgə və ləkələr
- Kurs
- 3 seans Rejuran I, sonra 1 seans pikosaniyəli lazer
- Şəkillər arasında
- 3 ay
Kölgə nazik dəridən idi, çökəklik yox idi, ona görə dolğu lazım olmadı.
Bütün nəticələrProsedurdan sonra
- 1 gün makiyaj etməyin
- 3 gün sauna və idmandan qaçın
- Göz ətrafını ovuşdurmayın
Kimlərə edilmir
- Hamiləlik və əmizdirmə dövrü
- Balıq və dəniz məhsullarına allergiya
- Dəridə iltihab və ya herpes
- Autoimmun xəstəliklərin kəskin dövrü
Həkim qəbulda hamısını soruşur. Dərman qəbul edirsinizsə, adlarını gətirin.
Proseduru edir
Suallar
Göz altındakı kölgə tam gedəcəkmi?
Kölgə nazik dəridən görünən damarlardandırsa, xeyli azalır. Çökəklikdən yaranan kölgəyə isə dolğu lazım ola bilər. Həkim qəbulda hansının olduğunu deyir.
Niyə balıq allergiyası soruşulur?
Polinukleotidlər qızılbalıq DNT-sindən alınır. Belə allergiya varsa, başqa preparat seçirik.
