Plazmoterapiya (PRP)
Qolunuzdan 20 ml qan götürülür, sentrifuqada trombositlə zəngin plazma ayrılır və dəriyə vurulur. Yad maddə yoxdur, ona görə allergiya riski olmur.
- Bir seans
- 60 dəqiqə
- Kurs
- 3–4 seans, 3–4 həftə ara ilə
- Nəticə
- 2–3 seansdan sonra, 6–12 ay saxlanılır
- Bərpa
- 1 gün qızartı və papulalar

Kimlər üçündür
- Tutqun, yorğun görünən dəri
- Akne izləri, lazerlə birlikdə
- Göz ətrafında nazik dəri
- Hialuron preparatlarına həssaslıq
Necə keçir
10 dəq
Qan götürülür və sentrifuqaya qoyulur. Bu vaxt üzə keyləşdirici krem çəkilir.
20 dəq
Plazma nazik iynə ilə və ya mikroiynələmə ilə dəriyə vurulur.
Sonra
Sakitləşdirici maska. Qızartı ertəsi gün keçir.
Qiymətlər
300 ₼-dən yuxarı kurslara Birbank və TamKart ilə 3–6 ay faizsiz taksit.
- Üz, 1 seans
- 90 ₼
- Üz və boyun, 1 seans
- 130 ₼
- Kurs: 4 seans, üz
- 320 ₼
seansı 80 ₼-ə düşür
Prosedurdan sonra
- 12 saat üzü yumayın
- 2 gün sauna və idmandan qaçın
- Bir həftə SPF 50 çəkin
Kimlərə edilmir
- Qan xəstəlikləri və trombositlərin azlığı
- Kəskin infeksiya, qızdırma
- Hamiləlik və əmizdirmə dövrü
- Onkoloji xəstəliklər
Həkim qəbulda hamısını soruşur. Dərman qəbul edirsinizsə, adlarını gətirin.
Kim edir
Suallar
Prosedurdan əvvəl ac gəlməliyəm?
Yox, amma 24 saat yağlı yemək və spirtli içki qəbul etməyin, bol su için: plazma daha təmiz olur.
Ağrılıdırmı?
Keyləşdirici krem çəkildiyi üçün yüngül sancma hissi olur. Qan götürülməsi adi analiz kimidir.
Bunlarla da maraqlanırlar
- BotulinoterapiyaAlın, qaşarası və göz ətrafındakı mimik qırışlar160 ₼-dən
- Hialuron dolğularDodaqların, yanaq sümüklərinin və çənə xəttinin həcmi və forması150 ₼-dən
- BiorevitalizasiyaQuru, tutqun və nazik dəriyə nəm və elastiklik200 ₼-dən
- Polinukleotidlər (PDRN)Göz altı, nazik dəri və lazerdən sonra bərpa320 ₼-dən

