Əsas məzmuna keç
ÇİNİestetik
dermatologiya

Hialuron dolğular

Hialuron turşusu ilə itmiş həcmi bərpa edir və ya formanı düzəldirik. Nəticə dərhal görünür. Bəyənməsəniz, dolğu hialuronidaza ilə əridilə bilər.

Bir seans
60 dəqiqə
Kurs
1 seans, lazım olsa 2 həftə sonra korreksiya
Nəticə
Dərhal görünür, 9–⁠18 ay saxlanılır
Bərpa
2–⁠3 gün yüngül şişkinlik
Dodaqlara hialuron dolğunun vurulması, əlcəkli əllər yaxından

Kimlər üçündür

  • Nazik və ya asimmetrik dodaqlar
  • Burun-dodaq qırışlarının dərinləşməsi
  • Yanaq sümüklərində həcm itkisi
  • Zəif çənə və ya bulanıq çənə xətti
  • Göz altında çökəklik

Necə keçir

  1. 20 dəq

    Keyləşdirici krem çəkilir. Bu vaxt həkimlə formanı güzgü qarşısında danışırsınız.

  2. 20–⁠30 dəq

    Dolğu nazik iynə və ya küt uclu kanyulla vurulur. Kanyul göyərmə ehtimalını azaldır.

  3. 14 gün sonra

    Şişkinlik çəkiləndən sonra həkim nəticəyə baxır və lazım olsa kiçik korreksiya edir.

Qiymətlər

Qiymət 1 ml üçündür. Yanaq və çənə üçün çox vaxt 2–⁠3 ml lazım olur, dəqiq miqdarı həkim baxışdan sonra deyir.

300 ₼-dən yuxarı kurslara Birbank və TamKart ilə 3–6 ay faizsiz taksit.

Dodaqlar, 1 ml (Neuramis)
240 ₼
Dodaqlar, 1 ml (Juvéderm Volbella)
360 ₼
Burun-dodaq qırışları, 1 ml
340 ₼
Yanaq sümükləri, 1 ml (Juvéderm Voluma)
380 ₼
Çənə və çənə xətti, 1 ml
380 ₼
Göz altı, 1 ml (Belotero)
420 ₼
Dolğunun əridilməsi (hialuronidaza)
150 ₼
Görüşə yazılın

Prosedurdan sonra

  • İlk gün dodaqları sıxmayın və saman borusu ilə içməyin
  • 2 həftə sauna, solyari və üz masajından qaçın
  • Göyərmə olarsa, 3–5 günə keçir

Kimlərə edilmir

  • Hamiləlik və əmizdirmə dövrü
  • Herpesin kəskinləşməsi (dodaqlara vurulanda)
  • Autoimmun xəstəliklərin kəskin dövrü
  • Həmin nahiyədə silikon və ya adı bilinməyən dolğu

Həkim qəbulda hamısını soruşur. Dərman qəbul edirsinizsə, adlarını gətirin.

Kim edir

Suallar

Neçə ml lazım olacaq?

Dodaqlar üçün çox vaxt 1 ml kifayətdir. Yanaq və çənə üçün 2–⁠3 ml lazım ola bilər.

Qalan preparatı nə edirsiniz?

Açılmış şpris yalnız sizə istifadə olunur. Qalanını iki həftəlik korreksiyada vururuq və ya sizin adınıza soyuducuda saxlayırıq.