
Hamam
Evin zirzəmisində, daş tağların altında. Seans vaxtı içəridə sizdən başqa heç kim olmur.
Köhnə Bakıda hamama həftədə bir gün gedərdilər
İçərişəhərdə bir vaxtlar bir neçə hamam işləyirdi: adamlar oraya təkcə yuyunmaq üçün yox, görüşmək, çay içmək, xəbər öyrənmək üçün gedirdilər. Evin zirzəmisində əvvəllər taxıl anbarı olub; bərpa vaxtı onu kiçik hamama çevirdik.
İçəridə isidilən göbək daşı, iki mərmər kurna və buxar otağı var. Hamam kiçikdir, ona görə saatla verilir: seansı kim götürübsə, hamam onundur.


Üç seans
Qiymət bütün hamam üçündür, adambaşı deyil.
| Seans | bir qonaq | iki qonaq | hər əlavə qonaq |
|---|---|---|---|
| Hamam60 dəqiqəGöbək daşı, iki kurna və buxar otağı yalnız sizindir. Kisə əlcəyi, sabun və peştamal veririk; çay yuxarıda gözləyir. | 60 ₼ | 90 ₼ | +25 ₼ |
| Hamam və kisə90 dəqiqəYarım saat istidə dincəlirsiniz, sonra kisəçi hər qonağı kisələyir və köpüyə bürüyür. Qadın qonaqlar üçün qadın kisəçi çağırırıq. | 100 ₼ | 150 ₼ | +45 ₼ |
| Hamam, kisə və masaj120 dəqiqəKisə və köpükdən sonra isti daşın üstündə yağla 40 dəqiqəlik masaj. Sonda nar şərbəti və paxlava. | 160 ₼ | 240 ₼ | +90 ₼ |
Ən çoxu 4 qonaq. Otelin qonaqları üçün bazar ertəsindən cümə axşamına, saat 16:00-dək başlayan seans 20% ucuzdur.
Seans necə keçir
- 10 dəqiqə əvvəlQəbula enirsiniz. Peştamal, başmaq və dəsmalı biz veririk; özünüzlə heç nə gətirmək lazım deyil.
- İlk 20 dəqiqəGöbək daşının üstündə uzanıb isinirsiniz. Daş 42 dərəcədir, hava nəmlidir.
- SonraKurnadan tasla su tökürsünüz və ya kisəçi işə başlayır: əvvəl kisə, sonra köpük.
- SondaYuxarıda, «Əncir»də çay, limon və mürəbbə gözləyir. Seansın qiymətinə daxildir.
Bilmək lazımdır
- Hamam hər gün 10:00–22:00 işləyir, son seans 20:00-da başlayır.
- Otelin qonağı olmasanız da, seans götürə bilərsiniz.
- 12 yaşdan kiçik uşaqları hamama buraxmırıq: daş onlar üçün çox istidir.
- Hamiləlik, ürək xəstəliyi və yüksək təzyiq zamanı əvvəlcə həkimlə məsləhətləşin.
- Seansı 6 saat əvvələ qədər pulsuz dəyişmək və ya ləğv etmək olar.
Seans sifariş edin
Seansı, günü və boş saatı seçin. Ödəniş hamamda, seansdan sonra.