· İstehsalat
Murov Logistika 12 yeni yük avtomobili aldı
Parkda avtomobillərin sayı 86-ya çatdı; yeni maşınlar Gürcüstan və Türkiyə reyslərinə çıxacaq.

Yeni dartıcılar Avro-6 mühərriklidir və tentli yarımqoşqularla işləyəcək. Hamısında GPS izləmə var: müştəri yükün yerini dispetçerdən soruşmadan, göndərilən keçiddən görür.
Beynəlxalq reyslər üçün 14 sürücü işə götürülür. Tələblər karyera səhifəsində göstərilib.