Əsas məzmuna keçin
Lif Telekom

· 4 dəqiqəlik oxu

Böyük mənzildə Wi-⁠Fi: router harada durmalı, mesh nə vaxt lazımdır

Beton və daş divarlar Wi-⁠Fi siqnalını tez zəiflədir. Terminalın yeri, iki diapazon və mesh modullarının sayı haqqında quraşdırıcılarımızın qaydası.

Böyük pəncərəli geniş qonaq otağı, komodun üstündə televizor

Terminalın yeri

  • Mənzilin ortasına yaxın, açıq rəfdə, döşəmədən 1–2 metr hündürlükdə.
  • Şkafın içində, televizorun arxasında, metal qutuda və güzgünün yanında yox.
  • Quraşdırıcıdan terminalı girişdə yox, otaqlara yaxın qoymağı xahiş edin: ilk qoşulmada yeri seçmək pulsuzdur.

2,4 və 5 GHz

Terminal iki şəbəkə yayır. 5 GHz sürətlidir, amma divardan keçəndə tez zəifləyir. 2,4 GHz uzağa çatır, lakin yavaşdır və çoxmənzilli binada qonşu routerlərlə eyni kanalları bölüşür. Terminala yaxın televizoru və noutbuku 5 GHz-⁠də, uzaq otaqdakı cihazları 2,4 GHz-⁠də saxlayın.

Mesh nə vaxt lazımdır

İstehsalçılar örtüyü açıq məkanda ölçür: TP-Link bir Deco X50 modulu üçün 232 m²-dək yazır. Beton divarlı mənzildə quraşdırıcılarımız başqa hesabla işləyir: Wi-⁠Fi 6 terminal təxminən 90 m², hər Deco X50 daha 70 m² əhatə edir. İkimərtəbəli mənzildə ikinci mərtəbəyə həmişə bir modul qoyulur.

  • 75 m², 500 Mbit/s: terminal kifayətdir.
  • 140 m², dörd otaq: terminal və 1 Deco X50.
  • 220 m², iki mərtəbə: terminal və 2 modul.

Modulları kabellə birləşdirin

Deco X50-⁠nin üç gigabit portu var. Mənzildə şəbəkə kabeli çəkilibsə, modulu kabellə qoşun: onda modullar arasındakı əlaqə radio diapazonunu tutmur və bütün Wi-⁠Fi cihazlara qalır.

Bütün yazılar
Zəng edinWhatsApp-da yazınBalansı artırınQoşul