Kuryer çağırın
Kuryer yükü ünvanınızdan götürür, yerində çəkir və qaiməni yazır. Günü və üç saatlıq vaxt aralığını seçin: qiymət siz yazdıqca hesablanır. Xidmət filialımız olan səkkiz şəhərdə işləyir.

Kuryer gələnədək
- Yükü qablaşdırın: qutunu yapışqan lentlə bağlayın, kövrək əşyanı içəridən bərkidin
- Alıcının adını və telefon nömrəsini qutunun üstünə yazın
- Şəxsiyyət vəsiqənizi hazır saxlayın: qaimə onunla yazılır
- Şirkət adından göndərirsinizsə, VÖEN-i deyin
Yük 1 500 kq-dan ağırdır və ya xaricdən gəlir?
Bütöv maşın, konteyner və beynəlxalq daşıma üçün təklif sorğusu göndərin. İki iş saatı ərzində qiymət və müddətlə cavab veririk.
Çağrı mərkəzi: hər gün 09:00–20:00