Xidmətlər
Dörd növ beynəlxalq daşıma, gömrük, anbar, ölkədaxili çatdırılma və qeyri-qabarit yüklər. Hər xidmətin səhifəsində ölçülər, müddətlər, qiymətlər və lazım olan sənədlər yazılıb.

Avtomobil daşımalarıTürkiyə, Gürcüstan, Rusiya, Avropa və Mərkəzi Asiyadan tam maşın və yığma yüklər. 46 dartıcımız tentli, soyuducu və konteyner yarımqoşquları ilə işləyir.İstanbul–Bakı 6–8 günYığma yük 1 paletdənCMR sığortası 250 000 €-dəkƏtraflı
Dəniz və konteynerÇin, Avropa və Körfəzdən konteynerlər Poti limanı ilə, Xəzərdə isə Ələt–Aktau və Ələt–Türkmənbaşı bərələri ilə. 20 və 40 futluq, tam və yığma konteyner.Şanxay–Bakı 45–55 günYığma konteyner 1 m³-dənƏlət limanında öz ofisimizƏtraflı
Hava daşımalarıTəcili və bahalı yüklər Heydər Əliyev Hava Limanının yük terminalı ilə: ehtiyat hissələri, dərman, elektronika, nümunələr. Yük endiyi gün gömrükdən çıxarırıq.İstanbul–Bakı 2–3 günQuançjou–Bakı 5–7 günMinimum yük 45 kqƏtraflı
Dəmir yoluOrta Dəhlizlə Çindən konteyner qatarları, Bakı–Tbilisi–Qars xətti ilə Türkiyə və Avropa, vaqonlarla Rusiya və Mərkəzi Asiya. Ağır və həcmli yük üçün ən sərfəli yol.Sian–Bakı 18–25 gün40 futluq konteyner 26 t-dəkQapalı vaqon, platforma, sisternƏtraflı
Gömrük rəsmiləşdirilməsiLisenziyalı gömrük brokeri: idxal, ixrac və tranzit bəyannamələri, XİF MN kodunun seçilməsi, sertifikat və icazələr. Rüsum və ƏDV-ni yük yola düşməmiş hesablayırıq.Bəyannamə 1 iş günündə2025-ci ildə 7 430 bəyannaməBəyannamə 120 ₼-danƏtraflı
Anbar və paylamaBakı terminalında 12 400 m² anbar, ondan 3 200 m²-i gömrük anbarıdır. Saxlama, sifarişlərin yığılması, etiketləmə, mağaza və marketlərə paylama.9 600 palet yeriPalet yeri gündə 0,60 ₼-dan14 yükləmə qapısıƏtraflı
Ölkədaxili çatdırılmaSəkkiz şəhər arasında bağlama, qutu və palet: bu gün saat 17:00-dək verilən yük sabah yerində olur. Kuryer ünvandan götürür, ünvana çatdırır.Bakı–Gəncə ertəsi gün1 kq 0,25 ₼-danQapıdan götürmə 6 ₼Ətraflı
Qeyri-qabarit yüklərEkskavator, transformator, zavod avadanlığı: 3 alçaq platformalı tral, marşrutun ölçülməsi, yol icazələri və müşayiət maşını bizdədir.60 t-dək, hündürlüyü 4,5 m-dəkİcazələr 5–10 iş günüYükün sığortası tam dəyərinəƏtraflı
Beynəlxalq yük necə gedir
İstanbuldan Bakıya tam maşın misalında: qapıdan qapıya 6–8 gün.
2 iş saatı
Təklif
Haradan haraya, nə, neçə kiloqram və hansı ölçüdə olduğunu yazırsınız. Qiyməti və maşının yola düşmə gününü göndəririk.
24–48 saat
Yükləmə
Maşın göndərənin anbarına gəlir. Yük yüklənir, CMR qaiməsi yazılır, yarımqoşqu plomblanır.
4–5 gün
Yolda
Türkiyə, Sarp keçidi, Gürcüstan, «Qırmızı Körpü». Hər sərhəd keçidi izləmə səhifəsində qeyd olunur.
1 iş günü
Gömrük
Qısa bəyannaməni maşın sərhədə çatmamış veririk. Yük Bakı terminalında gömrükdən çıxır.
Həmin gün
Təhvil
Bakıda yükü anbarınızın qapısına gətiririk. Bölgələrə ertəsi gün çatır.
Dörd nəqliyyat növü: hansı nə vaxt sərfəlidir
Müddətlər qapıdan qapıya sayılır və istiqamətlər cədvəlindən götürülüb.
| Növ | Müddət | Nəyə uyğundur | Ən kiçik partiya | Qiymət |
|---|---|---|---|---|
| Avtomobil | Türkiyə: 6–8 günAvropa: 12–16 gün | Paletli mal, avadanlıq, ərzaq; 1 paletdən 22 tona qədər | 1 palet və ya 100 kq | OrtaTürkiyə: 4 200 $-dan / maşın |
| Dəniz | Çin: 45–55 günAvropa: 28–35 gün | Tələsməyən böyük partiyalar: mebel, kafel, məişət texnikası | 1 m³ | Ən aşağıÇin: 4 400 $-dan / konteyner |
| Hava | Türkiyə: 2–3 günÇin: 5–7 gün | Təcili və bahalı yük: ehtiyat hissəsi, dərman, elektronika | 45 kq | Ən yüksəkTürkiyə: 1,60 $-dan / kq |
| Dəmir yolu | Çin: 18–25 günRusiya: 12–16 gün | 20 tondan ağır yük: metal, taxta, taxıl, konteynerlər | 1 konteyner və ya 1 vaqon | AşağıÇin: 6 800 $-dan / konteyner |
Yükünüzü yazın, qiyməti 2 iş saatı ərzində bildirək
Haradan haraya, nə, neçə kiloqram və hansı ölçüdə: bu dördü kifayətdir. Beynəlxalq daşımalar şöbəsi iş günləri 09:00–18:00 cavab verir.
Çağrı mərkəzi: hər gün 09:00–20:00