· 3 dəqiqəlik oxu
Xınalığa nə vaxt getmək olar və nə götürmək lazımdır
Mövsüm, yol və kənddə özünü necə aparmaq: dağ turlarımızın bələdçisi Ramil Qasımovdan.

Xınalıq Quba rayonunda, 2 300 metrdən yüksəkdə yerləşir. Kəndə yol Qubadan Qudyalçay dərəsi ilə qalxır və yolun özü səfərin yarısıdır: dərənin divarları, kiçik körpülər, yamacda qoyun sürüləri.
Mövsüm
Biz may–oktyabrda gedirik. Qışda yol qara görə bağlana bilər, yazın əvvəlində isə dərədə daş tökülür. Yayda gündüz isti olur, amma axşamlar sərin keçir: avqustda da isti paltar götürün.
Nə götürmək
- Rahat idman ayaqqabısı: kəndin küçələri daşlıdır, Lazada şəlalələrə cığır gedir.
- İsti üst geyim və yağışlıq.
- Nağd pul: kənddə kartla az yerdə ödəmək olur.
- Şəxsiyyət vəsiqəsi.
Kənddə
Xınalıqlıların öz dili var. Evləri və adamları şəkilə çəkməzdən əvvəl icazə alın. Qonaq evində yemək ev yeməyidir: pendir, ət və çörək çox vaxt elə həmin həyətdən gəlir.
Bütün yazılar