Əsas məzmuna keçin
sətir

Haqqımızda

2012-⁠ci ildə bankın İT departamentindən çıxan üç mühəndis qurdu. Bu gün Bakıda 84, Gəncədə 28 nəfərik və banklar, pərakəndə, logistika və dövlət layihələri üçün proqram təminatı yazırıq.

İki tərtibatçı lövhədəki sxemi müzakirə edir, biri əlində noutbuk tutub

On dörd il

  1. 2012

    Elvin Qasımov, Nərmin Hacıyeva və Rauf Əliyev bankdan çıxıb şirkəti qurur. İlk sifariş: kiçik bir lizinq şirkəti üçün müqavilələr sistemi.

  2. 2014

    İlk bank layihəsi: kredit müraciətlərinin daxili sistemi. 18 nəfər.

  3. 2016

    İlk mobil tətbiq, iOS və Android üçün native. Dizayn komandası yaranır.

  4. 2019

    Gəncədə inkişaf ofisi 6 nəfərlə açılır, ilk təcrübə proqramı keçirilir.

  5. 2021

    İnformasiya təhlükəsizliyi sistemi ISO/IEC 27001 üzrə sertifikatlanır. Data komandası yaranır.

  6. 2022

    Dövlət qurumu üçün elektron xidmətlər portalı buraxılır. Kritik xətalara gecə-gündüz cavab verən ilk dəstək planı işə düşür.

  7. 2026

    112 nəfər, iki ofis, 40-⁠dan çox dəstək müqaviləsi altında işləyən sistem.

Bu gün kimik

Ümumi 112 nəfər, 1 oktyabr 2026: 71 tərtibatçı, 14 test mühəndisi, 9 dizayner, 11 layihə meneceri, 4 analitik və 3 nəfər ofis işində. 63 nəfər şirkətdə 3 ildən çoxdur. Komandalar layihəyə görə yox, müştəriyə görə qurulur: bankın komandası illərlə eyni bankla işləyir.

Rəhbərlik

  • Elvin Qasımov, həmtəsisçi və baş direktor

    Elvin Qasımov

    Həmtəsisçi, baş direktor

    Backend tərtibatçısı kimi bankın İT departamentində 7 il işləyib. 2012-⁠ci ildə Sətir-⁠i iki həmkarı ilə qurub; müqavilələr, büdcə və ən böyük müştərilərlə iş ondadır.

  • Nərmin Hacıyeva, həmtəsisçi və texniki direktor

    Nərmin Hacıyeva

    Həmtəsisçi, texniki direktor

    2008-⁠ci ildən Java ilə yazır. Hər layihənin arxitekturasını təsdiqləyir, informasiya təhlükəsizliyi sistemi və ISO 27001 auditi ona tabedir.

  • Orxan Məmmədli, layihələrin icrası üzrə direktor

    Orxan Məmmədli

    Layihələrin icrası üzrə direktor

    11 layihə meneceri və 4 analitik onun komandasındadır. Müddət və büdcə hesabatını hər müştəriyə iki həftədən bir o göndərir.

  • Leyla Rüstəmova, dizayn rəhbəri

    Leyla Rüstəmova

    Dizayn rəhbəri

    9 dizayner ilə müsahibələrdən dizayn sisteminə qədər bütün işi aparır. Əvvəl Tbilisidə agentlikdə mobil bank layihələrində işləyib.

  • Tural Babayev, Gəncə ofisinin rəhbəri

    Tural Babayev

    Gəncə ofisinin rəhbəri, mobil istiqamət

    Gəncə ofisini 2019-⁠cu ildə 6 nəfərlə açıb, indi orada 28 nəfər işləyir. Təcrübə proqramı da onun nəzarətindədir.

İki ofis

  • Açıq ofisdə kompüterlər arxasında işləyən komanda

    Bakı ofisi

    84 nəfər · 2012-⁠ci ildən

    Səməd Vurğun küçəsi 86, 6-⁠cı mərtəbə, Nəsimi rayonu, Bakı

    Rəhbərlik, layihə menecerləri, analitiklər, dizayn, backend, mobil və data komandaları, DevOps

    Ünvan və xəritə
  • Geniş açıq ofis, iş masaları və pəncərələr

    Gəncə inkişaf ofisi

    28 nəfər · 2019-⁠cu ildən

    Cavad xan küçəsi 24, 3-⁠cü mərtəbə, Gəncə

    Frontend və mobil tərtibatçılar, test mühəndisləri, təcrübə proqramı

    Ünvan və xəritə

Sertifikat

İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemi ISO/IEC 27001 üzrə 2021-⁠ci ildən sertifikatlıdır, sertifikat 2024-⁠cü ildə yenilənib. Sertifikatın nömrəsi IS 7318204; surətini sorğu ilə göndəririk.

Komandamıza qoşulun

Bakıda və Gəncədə açıq vakansiyalar, maaş aralığı hər birində yazılıb. Fevral 2027-⁠də yeni təcrübə proqramı.

Zəng edinWhatsApp-da yazınDəstək müraciətiQiymətləndirin