Firma xəbərləri2 dəqiqəlik oxu
Gəncə ofisində kiçik biznes üçün pulsuz məsləhət günü
Hər ayın son cüməsi, 10:00–16:00. Növbəti gün 30 oktyabrdır, qeydiyyat telefonla və saytda.

Oktyabrdan etibarən Gəncə ofisimizdə hər ayın son cüməsi kiçik biznes sahibləri üçün pulsuz məsləhət günüdür. Bir görüş 30 dəqiqədir, gündə 10 görüş qəbul edirik.
Kimlər üçündür
- İşçisi 10 nəfərdən az olan şirkətlər və fərdi sahibkarlar
- Gəncə, Şəmkir, Göygöl, Naftalan və Samuxdan
- Müqavilə, icarə, işçi və ya vergi barədə sualı olanlar
Görüşdə sənədlərinizə baxırıq və nə etməli olduğunuzu deyirik. İş sonradan bizə verilməyə bilər, heç bir öhdəlik yoxdur. Məhkəmədə təmsil və sənəd hazırlanması pulsuz günə daxil deyil.
Növbəti gün 30 oktyabrdır. Yazılmaq üçün Gəncə ofisinə zəng edin və ya konsultasiya formasında Gəncə ofisini seçin və qeyddə «məsləhət günü» yazın.
Bu məqalə ümumi məlumatdır və hüquqi məsləhət deyil. Qanunvericilik və təcrübə dəyişə bilər.


