Əsas məzmuna keçin
SarvanLogistika

Karyera

Şirkətdə 148 nəfər işləyir, onlardan 61 nəfəri sürücüdür. Hər vakansiyada maaşı və iş qrafikini açıq yazırıq.

Sürücü yük maşınının sükanı arxasında

Açıq vakansiyalar

Şöbə
  • Beynəlxalq reys sürücüsü (CE)2 200–3 000 ₼Bakı · Sürücülər

    İş nədən ibarətdir

    Tentli və ya soyuducu yarımqoşqu ilə Türkiyə, Gürcüstan, Rusiya və Avropa reysləri. Maşın sizə təhkim olunur, ezamiyyə maaşdan ayrı ödənilir.

    Tələblər

    • CE kateqoriyası və beynəlxalq reyslərdə ən azı 2 il
    • Rəqəmsal taxoqraf kartı
    • Xarici pasport; Şengen vizasını biz rəsmiləşdiririk
    • ADR şəhadətnaməsi üstünlükdür; yoxdursa, kursu biz ödəyirik
    Maaş
    2 200–3 000 ₼ ayda, vergidən sonra
    İş qrafiki
    Reys qrafiki ilə, hər reysdən sonra 5–7 gün istirahət
    İş yeri
    Bakı terminalı və baş ofis
    Dərc edilib
    1 oktyabr 2026
  • Gömrük bəyannaməçisi1 600–2 200 ₼Bakı · Gömrük

    İş nədən ibarətdir

    İdxal və ixrac bəyannamələrinin hazırlanması, XİF MN kodlarının seçilməsi, rüsum və ƏDV-⁠nin yük yola düşməmiş hesablanması. Gündə orta hesabla 6–8 bəyannamə.

    Tələblər

    • Gömrük bəyannaməçisi kimi ən azı 2 il
    • Elektron bəyannamə sistemində sərbəst iş
    • Rus və ya ingilis dilində invoys və qablaşdırma vərəqini oxumaq
    Maaş
    1 600–2 200 ₼ ayda, vergidən sonra
    İş qrafiki
    Bazar ertəsi–cümə, 09:00–18:00
    İş yeri
    Bakı terminalı və baş ofis
    Dərc edilib
    28 sentyabr 2026
  • Anbar operatoru, riçtrak sürücüsü1 000–1 300 ₼Bakı · Anbar və terminal

    İş nədən ibarətdir

    Paletlərin 10 m hündürlükdəki rəflərə qoyulması və endirilməsi, maşınların qapıda yüklənib boşaldılması, hər hərəkətin skanerlə qeydi.

    Tələblər

    • Riçtrak və ya yükləyici ilə ən azı 1 il
    • Yükləyici vəsiqəsi; müddəti bitibsə, yeniləmə haqqını biz ödəyirik
    • Növbə ilə işləməyə hazır olmaq
    Maaş
    1 000–1 300 ₼ ayda, vergidən sonra
    İş qrafiki
    Növbə ilə: 08:00–16:00 və ya 14:00–22:00
    İş yeri
    Bakı terminalı və baş ofis
    Dərc edilib
    24 sentyabr 2026
  • Beynəlxalq reyslər üzrə dispetçer1 400–1 800 ₼Bakı · Dispetçer və filiallar

    İş nədən ibarətdir

    Yolda olan maşınların GPS ilə izlənməsi, sərhəd növbələri və yükləmə vaxtları barədə sürücü və müştəri ilə əlaqə, izləmə sistemində qeydlərin yenilənməsi.

    Tələblər

    • Rus dili sərbəst; türk və ya ingilis dili üstünlükdür
    • Nəqliyyat və ya ekspeditor şirkətində ən azı 1 il
    • CMR, TIR və T1 sənədlərini tanımaq
    Maaş
    1 400–1 800 ₼ ayda, vergidən sonra
    İş qrafiki
    2 gün iş, 2 gün istirahət; 08:00–20:00
    İş yeri
    Bakı terminalı və baş ofis
    Dərc edilib
    21 sentyabr 2026
  • Kuryer-sürücü, furqon (B)1 100–1 400 ₼Bakı · Sürücülər

    İş nədən ibarətdir

    Bakı daxilində göndərişlərin ünvandan götürülməsi və ünvana çatdırılması: gündə 25–35 ünvan. Yük yerində çəkilir, qaimə planşetdə yazılır.

    Tələblər

    • B kateqoriyası, ən azı 3 il sürücülük stajı
    • Bakının küçələrini yaxşı tanımaq
    • 30 kq-⁠dək yükü qaldırmağa hazır olmaq
    Maaş
    1 100–1 400 ₼ ayda, vergidən sonra
    İş qrafiki
    Həftədə 5 gün, 09:00–18:00; şənbə növbə ilə
    İş yeri
    Bakı terminalı və baş ofis
    Dərc edilib
    17 sentyabr 2026
  • Kuryer-sürücü, furqon (B)900–1 100 ₼Gəncə · Sürücülər

    İş nədən ibarətdir

    Gəncə şəhəri üzrə çatdırılma; bazar ertəsi, çərşənbə və cümə günləri Göygöl, Samux və Şəmkirə reys.

    Tələblər

    • B kateqoriyası, ən azı 3 il sürücülük stajı
    • Gəncədə yaşamaq
    Maaş
    900–1 100 ₼ ayda, vergidən sonra
    İş qrafiki
    Bazar ertəsi–şənbə, 09:00–18:00, həftədə bir əlavə istirahət günü
    İş yeri
    Gəncə filialı
    Dərc edilib
    10 sentyabr 2026
  • Filial operatoru800–950 ₼Lənkəran · Dispetçer və filiallar

    İş nədən ibarətdir

    Göndərişlərin qəbulu və təhvili, çəkilməsi, qaimələrin yazılması, kassa. Axşam reysinin yükü saat 16:30-⁠dək hazırlanır.

    Tələblər

    • Kompüterdə sərbəst iş, kassa təcrübəsi
    • Lənkəranda yaşamaq
    Maaş
    800–950 ₼ ayda, vergidən sonra
    İş qrafiki
    Bazar ertəsi–cümə 09:00–18:00, şənbə 09:00–16:00 növbə ilə
    İş yeri
    Lənkəran filialı
    Dərc edilib
    3 sentyabr 2026

İş şəraiti

Kadrlar şöbəsinin müsahibədə dediklərini burada yazmışıq ki, gəlməmişdən biləsiniz.

Maaş günləri
ayın 5-⁠i və 20-⁠si, bank kartına
Müqavilə
əmək müqaviləsi ilk iş günü, sınaq müddəti 2 ay
Beynəlxalq reysdə ezamiyyə
Türkiyə, Gürcüstan, Rusiya, Mərkəzi Asiya: gündə 45 $; Avropa: gündə 60 €
Reys qrafiki
Türkiyəyə gediş-qayıdış 14–16 gün, Avropaya iki sürücü ilə 26–30 gün; hər reysdən sonra 5–7 gün istirahət
Terminalda növbələr
08:00–16:00 və 14:00–22:00, həftədə 5 gün
Nahar və iş paltarı
terminalın yeməkxanasında nahar ödənişsizdir; iş paltarı və qoruyucu ayaqqabı şirkətdəndir
Təlim
ADR kursunun və yükləyici vəsiqəsinin haqqını şirkət ödəyir

Müraciət forması

CV əlavə etmək vacib deyil: sürücü və anbar vakansiyaları üçün iş təcrübənizi bir neçə cümlə ilə yazmağınız kifayətdir. Bir həftə ərzində zəng edirik.

Kadrlar şöbəsi: b.e.–cümə 09:00–18:00

+994 12 555 15 70

PDF və ya DOCX, 10 MB-a qədər

Zəng edinİzləməTəklif alın