· 4 dəqiqəlik oxu
Şengen vizası: 35 avro və sənədlər
Azərbaycan vətəndaşları üçün rüsum niyə 35 avrodur, hansı sənədlər lazımdır və müraciəti nə vaxt vermək olar.

Avropa İttifaqı ilə Azərbaycan arasında vizaların verilməsinin sadələşdirilməsi haqqında saziş 2014-cü ildən qüvvədədir. Ona görə Azərbaycan vətəndaşları üçün Şengen viza rüsumu 35 avrodur; 2024-cü ilin iyununda ümumi rüsum 90 avroya qalxanda bu məbləğ dəyişmədi. Viza mərkəzinin xidmət haqqı ayrıca ödənilir.
Adətən lazım olan sənədlər
- Anket və foto.
- Pasport: son 10 ildə verilmiş, qayıdışdan sonra ən azı 3 ay etibarlı.
- 30 000 avroluq tibbi sığorta bütün səfər üçün.
- Uçuş və otel bronları.
- İş yerindən arayış və bank çıxarışı.
Müddətlər
Müraciəti səfərdən ən tez 6 ay, ən gec 15 gün əvvəl vermək olar. Konsulluq adətən 15 təqvim günü ərzində qərar verir, ona görə ən azı bir ay vaxt saxlayın. İtaliya səfirliyinin qaydasına görə rüsum manatla, rüblük konsul məzənnəsi ilə ödənilir.
Biz nə edirik
İtaliya turunda sənədlərin siyahısını bron günü göndəririk, anketi doldururuq, otel və uçuş təsdiqlərini, sığortanı hazırlayırıq və viza mərkəzinə yazılırıq. Xidmət haqqımız 80 ₼-dır.
Bütün yazılar