· 3 dəqiqəlik oxu
Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə: kimə və necə
2021-ci ildən pasportsuz getmək olar, amma üç şərtlə.

10 dekabr 2020-ci ildə Bakıda imzalanan protokola əsasən, 2021-ci il aprelin 1-dən Azərbaycan və Türkiyə vətəndaşları bir-birinin ölkəsinə şəxsiyyət vəsiqəsi ilə gedə bilir.
Şərtlər
- Vəsiqə yeni nümunəli olmalıdır: belələri 1 sentyabr 2018-ci ildən verilir.
- Səfər iki ölkə arasında birbaşa olmalıdır. Üçüncü ölkə üzərindən aktarma varsa, pasport götürün.
- Vizasız qalmaq 90 günədəkdir.
Pasportla gedirsinizsə
Pasport Türkiyəyə girişdə ən azı 6 ay etibarlı olmalıdır.
Bizim turlarda
İstanbul–Kapadokya turu Bakıdan birbaşa reyslə gedir, ona görə vəsiqə ilə də getmək olar. Bronda sənədin növünü qeyd edin: biletləri ona görə yazırıq. İordaniya turu İstanbul aktarması ilə gedir və pasport tələb edir.
Bütün yazılar