İnyeksiyalar · · 3 dəqiqəlik oxu
Botulinoterapiyadan sonra ilk iki həftə
Nəticə niyə dərhal görünmür, ilk dörd saatda nə etmək olmaz və 14-cü gündə yoxlama niyə vacibdir.
Müəllif: Aytən Rzayeva, dermatoloq-kosmetoloq, inyeksiyalar

Qısaca
Toksin sinirlə əzələ arasındakı əlaqəni tədricən bağlayır. İlk təsir 3–5 gündə, tam nəticə 10–14 gündə görünür. Bu vaxta qədər qırış qalırsa, bu normaldır.
İlk dörd saat
- Uzanmayın və başınızı uzun müddət aşağı əyməyin
- Vurulan yerlərə toxunmayın və ovuşdurmayın
- Mimika ilə “işləmək” olar: qaşlarınızı qaldırıb endirin, bu preparatın əzələyə oturmasına kömək edir
İlk iki gün
Sauna, hamam, isti vanna, idman və spirtli içki qan dövranını sürətləndirir və preparatın yayılmasına səbəb ola bilər. İki gün bunlardan qaçın. Makiyajı 12 saatdan sonra etmək olar.
14-cü gün: yoxlama
İki həftə sonra həkim nəticəyə baxır. Hər üzün əzələləri fərqli güclüdür, bəzən bir tərəf o biri tərəfdən zəif cavab verir. Belə olanda az miqdarda əlavə edirik. Bizdə yoxlama və korreksiya qiymətə daxildir.
Növbəti prosedur 4–6 aydan sonra lazım olur. Müntəzəm edəndə əzələ “öyrəşir” və təsir uzanır.


