Əsas məzmuna keç
ÇİNİestetik
dermatologiya

Lazer · · 4 dəqiqəlik oxu

Lazer epilyasiyaya niyə payızda başlamalı

Kurs 6–⁠8 seansdır və 6–⁠9 ay çəkir. Oktyabrda başlayan iyunda hazır olur, iyunda başlayan isə qaralmış dəri ilə dayanmalı olur.

Müəllif: Nərgiz Əlizadə, kosmetoloq-estetist

Ayaqda lazer epilyasiya başlığı

Qısaca

Lazer tükün piqmentini “görür”. Dəri qaralanda o, dərinin piqmentini də görür və yanıq riski artır. Ona görə günəşli aylarda gücü azaltmaq və ya seansı təxirə salmaq lazım gəlir. Payızda başlayan kurs yaya qədər bitir.

Kurs nə qədər çəkir

Hər seansda yalnız aktiv böyümə fazasında olan tüklər məhv olur. Qalanları sonrakı seanslarda “növbəyə” gəlir. Bədəndə seanslar arası 6–⁠8 həftə, üzdə 4–⁠6 həftədir.

  • Ayaqlar, bikini, qoltuqaltı: 6–⁠8 seans, 8–⁠12 ay
  • Üz: 8–⁠10 seans, hormonal tüklənmədə daha çox
  • Kişilərdə kürək və sinə: 6–⁠8 seans

Oktyabrda başlasanız, may-iyuna tüklərin 80–⁠90%-⁠i getmiş olur və yayı ülgücsüz keçirirsiniz.

Seansdan əvvəl nə etməli

  • Kursdan 4 həftə əvvəl mum, şəkər pastası və epilyatoru dayandırın: lazerə kök lazımdır
  • Seansdan bir gün əvvəl zonanı ülgüclə qırxın
  • Son 4 həftədə günəşdə qaralmısınızsa və ya solyariyə getmisinizsə, kosmetoloqa deyin
  • Dərini işığa həssas edən dərman qəbul edirsinizsə, siyahını gətirin

Yayda nə etmək olar

Günəş görməyən zonalar, məsələn qoltuqaltı və bikini, yayda da edilə bilər. Açıq qalan zonalar, ayaqlar və üz, payıza saxlanılır. Kurs ortada yarımçıq qalarsa, heç nə itmir: payızda davam edirik.

Digər məqalələr

İnyeksiyalar · · 3 dəq oxu

Botulinoterapiyadan sonra ilk iki həftə

Nəticə niyə dərhal görünmür, ilk dörd saatda nə etmək olmaz və 14-⁠cü gündə yoxlama niyə vacibdir.

Aytən Rzayeva