Trixologiya · · 5 dəqiqəlik oxu
Saç tökülməsi: nə vaxt trixoloqa getməli
Gündə 100 saça qədər tökülmə normadır. Nə vaxt narahat olmalı, hansı analizlər lazımdır və şampun niyə kömək etmir.
Müəllif: Günel Həsənova, trixoloq-dermatoloq

Qısaca
Gündə 50–100 saçın tökülməsi normadır. Darağda, duşda və yastıqda həmişəkindən çox saç görürsünüzsə və bu 6–8 həftədən uzun sürürsə, trixoloqa gəlin. Səbəb çox vaxt saçda yox, orqanizmdədir.
Ən çox rast gəlinən səbəblər
- Dəmir çatışmazlığı: ferritin 30-dan aşağı olanda
- Qalxanvari vəzin funksiyasının pozulması
- Doğuş, ağır xəstəlik, yüksək hərarət və ya stress: 2–3 ay sonra başlayan tökülmə
- Sərt pəhrizlər və sürətli arıqlama
- İrsi (androgen) alopesiya: təpədə və alın kənarlarında seyrəlmə
Qəbulda nə olur
Trixoloq saç dərisinə trixoskopla baxır: saçların qalınlığı, sıxlığı və neçəsinin böyümə fazasında olduğu görünür. Sonra analiz siyahısı yazılır. Müalicə analizlərin nəticəsi gələndən sonra başlayır.
Səbəb dəmir və ya hormonlardırsa, əvvəlcə onu düzəldirik. PRP və mezoterapiya saçın bərpasını sürətləndirir, amma səbəbi aradan qaldırmır.
Şampun niyə kömək etmir
Saç kökü dərinin 3–4 mm dərinliyindədir. Şampun 2–3 dəqiqə səthdə qalır və yuyulub gedir. Saç tökülməsinə qarşı şampunlar saçı daha qalın göstərə bilər, amma tökülmənin səbəbinə təsir etmir.


