Üz təmizlənməsi
Kosmetoloq məsamələri əvvəlcə ultrasəslə, sonra əllə təmizləyir. Prosedur iltihabsız komedonlar və qara nöqtələr üçündür; aktiv aknedə əvvəlcə həkim baxır.
- Bir seans
- 75 dəqiqə
- Kurs
- 1–2 ayda bir
- Nəticə
- Dərhal
- Bərpa
- 1 gün qızartı

Kimlər üçündür
- Qara nöqtələr və komedonlar
- Yağlı və qarışıq dəri
- Kürəkdə komedonlar
- Pilinq kursundan əvvəl hazırlıq
Necə keçir
15 dəq
Makiyajın təmizlənməsi və dərini yumşaldan maska.
40 dəq
Ultrasəs təmizlənməsi, sonra steril salfetlə əllə təmizlənmə.
20 dəq
Antiseptik, sakitləşdirici maska və SPF.
Qiymətlər
300 ₼-dən yuxarı kurslara Birbank və TamKart ilə 3–6 ay faizsiz taksit.
- Ultrasəs təmizlənməsi
- 50 ₼
- Kombinə təmizlənmə
- 70 ₼
- Kürək təmizlənməsi
- 90 ₼
Prosedurdan sonra
- 12 saat makiyaj etməyin
- 2 gün sauna və hovuzdan qaçın
- Üzə əl vurmayın
Kimlərə edilmir
- Aktiv iltihablı akne: əvvəlcə həkim
- Kuperoz və rozasea
- Herpes
Həkim qəbulda hamısını soruşur. Dərman qəbul edirsinizsə, adlarını gətirin.
Proseduru edir
Suallar
Nə qədər tez-tez etmək olar?
Yağlı dəridə ayda bir, normal dəridə 2 ayda bir. Daha tez-tez etmək dərini qıcıqlandırır.
