Kimyəvi pilinqlər
Turşu dərinin üst qatını idarə olunan şəkildə yeniləyir: rəng bərabərləşir, məsamələr təmizlənir. Pilinqi dəri tipinə və mövsümə görə seçirik.
- Bir seans
- 45 dəqiqə
- Kurs
- 4–6 seans, 10–14 gün ara ilə
- Nəticə
- 2-ci seansdan sonra
- Bərpa
- 0–5 gün, pilinqdən asılı olaraq

Kimlər üçündür
- Qeyri-bərabər rəng və xırda ləkələr
- Yağlı dəri və komedonlar
- Akne izləri, yüngül forma
- Tutqun, yorğun dəri
Necə keçir
10 dəq
Təmizlənmə və dərinin hazırlanması.
10–20 dəq
Turşu çəkilir. Yüngül göynəmə olur, kosmetoloq vaxtı dəqiq izləyir.
Sonra
Neytrallaşdırma, sakitləşdirici maska və SPF.
Qiymətlər
300 ₼-dən yuxarı kurslara Birbank və TamKart ilə 3–6 ay faizsiz taksit.
- Badam pilinqi
- 60 ₼
- Jessner pilinqi
- 90 ₼
- Karbon pilinq
- 90 ₼
- PRX-T33, iynəsiz biorevitalizasiya
- 110 ₼
- Sarı (retinol) pilinq
- 120 ₼


Nəticə: aktiv akne və qızartı
- Kurs
- 4 Jessner pilinqi, sonra 2 seans fraksion lazer
- Şəkillər arasında
- 5 ay
Əvvəlcə dermatoloq iltihabı müalicə etdi, lazer yalnız aktiv akne keçəndən sonra başladı.
Bütün nəticələrProsedurdan sonra
- Qabıqları qoparmayın
- Kurs boyu SPF 50 çəkin
- Bir həftə retinol və skrab istifadə etməyin
Kimlərə edilmir
- Qaralmış dəri və yay ayları (badam pilinqi istisna)
- Hamiləlik
- Aktiv herpes
- Son 6 ayda izotretinoin qəbulu
Həkim qəbulda hamısını soruşur. Dərman qəbul edirsinizsə, adlarını gətirin.
Kim edir
Suallar
Yayda pilinq etmək olarmı?
Badam və PRX-T33 kimi yumşaq pilinqləri bəli, SPF ilə. Jessner və retinol pilinqlərini payıza saxlayırıq.

