Resept · · 2 dəqiqəlik oxu
Darçınla isti alma şirəsi
Soyuq axşamlar üçün alkoqolsuz içki: 100% alma şirəsi, əlavə şəkər olmadan, darçın və mixəklə.
4 stəkan · 15 dəqiqə

Lazım olanlar
- 1 litr Narınc alma şirəsi
- 2 darçın çubuğu, 4 mixək
- Bir portağalın qabığı, ağ hissəsi olmadan
- 2 dilim təzə zəncəfil (istəyə görə)
- 1 alma, nazik dilimlənmiş
Hazırlanması
- Şirəni qazana tökün, darçın, mixək, portağal qabığı və zəncəfili əlavə edin.
- Orta odda qızdırın, amma qaynatmayın: buxar çıxanda kifayətdir, qaynayanda dad ağırlaşır.
- Odu söndürün, qapağı örtün və 10 dəqiqə dəmləyin.
- Süzün, stəkanlara alma dilimi qoyub tökün.
Uşaqlar üçün eyni cür Cırtdan alma şirəsindən hazırlayın, zəncəfilsiz.
Başqa yazılar
Bütün yazılar
Xəbər · · 3 dəqiqəlik oxu
Göyçayda nar mövsümü başladı: zavod gündə 180 tonadək qəbul edir
Göyçay zavodu 1 oktyabrda nar qəbuluna başladı. Qəbul qiyməti, hansı narın qəbul olunduğu və bayram günlərində zavod mağazası.

Resept · · 4 dəqiqəlik oxu
Narşərabla tikə kababı
Narşərab kababın yanında süfrəyə qoyulur, amma marinada da üç qaşıq qatmaq olar: ət yumşalır, turşməzə dad alır.

Xəbər · · 3 dəqiqəlik oxu
Qapaqdakı kod necə oxunur: butulkanın tarixçəsi bir sətirdə
Yararlılıq tarixinin yanındakı qısa kod məhsulun hansı zavodda, hansı xətdə və hansı gün doldurulduğunu deyir. Saytda isə laboratoriyanın ölçmələri də açılır.