· 4 dəqiqəlik oxu
Armudu stəkan və mürəbbə: Bakıda çay necə içilir
Otaqda çaydan və iki armudu stəkan qoyuruq. Qonaqlar soruşur: niyə bu formadadır, şəkəri hara qoymalı? Cavab budur.

Armudu stəkan adını armuddan alıb: ortası darıdır, aşağısı və yuxarısı enlidir. Çay aşağıda isti qalır, yuxarı hissə tez soyuyur və barmaqları yandırmır. Stəkanı nəlbəkidə, qulpsuz verirlər.
Şəkər stəkana yox, ağıza
Köhnə qayda ilə qənd stəkana atılmır: bir parçasını çaya batırıb dişləyirlər, sonra çayı içirlər. Mürəbbə də ayrıca gəlir, kiçik qabda: ağ gilas, əncir, qoz, ərik. Bir qaşıq mürəbbə, bir qurtum çay.
Limon dilimi süfrədə olur, amma hamı qoymur. Kəklikotu və ya qızılgül ləçəyi demlənən çaya atılır: dağ kəndlərinin adətidir.
Rəng
Yaxşı dəmlənmiş çay şəffaf və tünd qırmızı olur. Bulanıqdırsa, ya çox qaynayıb, ya da çox gözlədilib. Çayı samovardan və ya çaynikdən yenicə dəmlənmiş halda süzürlər, dəmi 5–7 dəqiqə saxlayırlar.
«Əncir»də səhər süfrəsində samovar dayanır və mürəbbənin biri həyətdəki ağacın əncirindəndir.
Səhər süfrəsi

