· 5 dəqiqəlik oxu
Novruz: dörd çərşənbə və bir tonqal
Mart ayında İçərişəhər bayrama hazırlaşır. Novruzda Bakıya gələnlərə nə gözlədiyini və evdə necə qeyd etdiyimizi danışırıq.

Novruz yazın gəlişidir və gecə ilə gündüzün bərabərləşdiyi günə, 20–21 marta düşür. Ondan əvvəlki dörd çərşənbə axşamı ard-arda Su, Od, Yel və Torpaq çərşənbəsi adlanır.
Süfrə
Süfrənin ortasında səməni durur: bir neçə həftə əvvəl suya qoyulmuş buğdanın yaşıl cücərtisi, qırmızı lentlə bağlanır. Yanında şəkərbura, paxlava, şorqoğal, boyanmış yumurta və şam. Bayram plovu adətən şüyüdlü və qurudulmuş meyvəli olur.
«Əncir»də 20 mart axşamı bayram süfrəsi açılır. Həmin gecəni bizdə bron edən qonaqlar süfrənin qonağıdır, əlavə haqq almırıq.
Tonqal
Axşam həyətlərdə tonqal qalanır və üstündən tullanırlar: köhnə ilin ağırlığı odda qalsın deyə. Həyətimizdə də kiçik bir tonqal yandırırıq; uşaqlar üçün kənarda şam düzülür.
Bilmək lazımdır
Bayram günləri İçərişəhər çox canlı olur, küçələrdə musiqi və meydanlarda tamaşalar olur. Bu gecələrin qiyməti bayram tarifi ilədir və otaqlar tez tutulur: martı fevraldan bron etməyi məsləhət görürük.
Novruz təklifi

