Qaradağdakı sement zavoduna avadanlığın daşınması
38 qabaritdənkənar yük, ən ağırı 58 ton: limandan zavoda 21 gecə reysi.

Zavodun yeni dəyirmanı üçün avadanlıq bərə ilə Ələtə gəldi. Dəyirmanın gövdə hissələri 4,8 metr enində idi, ona görə marşrut əvvəlcədən ölçüldü: iki yerdə yol nişanları müvəqqəti söküldü, bir körpünün yükgötürməsi hesablandı.
Daşımalar 47 km məsafədə, gecə saat 00:00–05:00 arası, yol polisinin müşayiəti ilə aparıldı. İcazələri və müşayiəti biz təşkil etdik. 38 yükün hamısı zədəsiz, qrafikdən iki gün tez təhvil verildi.


