Şəmkirdə 18 hektarlıq istixana kompleksi
1 900 ton sinklənmiş karkas və 240 km damcı suvarma borusu, iki mərhələdə.

Karkas 9,6 metrlik aşırımlı tağlardan ibarətdir. Bütün elementlər Sumqayıtda hazırlanıb isti sinkləndi, obyektdə yalnız boltla yığıldı. Birinci 9 hektar 2023-cü ilin mayında, ikinci 9 hektar oktyabrında təhvil verildi.
Suvarma üçün Gəncə zavodu 30 sm addımlı Ø16 mm damcı borusu və Ø110–250 mm magistral xətləri buraxdı. Borular kompleksin suvarma layihəsindəki sərfə görə seçildi.


