Mobil bank tətbiqi, sıfırdan
Köhnə tətbiqi Kotlin və Swift ilə yenidən yazdıq: kart sifarişi, telefon nömrəsi ilə köçürmə, yeni müştərilər üçün SİMA ilə giriş.
- Müştəri
- 30 filiallı bank
- Sahə
- Banklar və kredit təşkilatları
- Buraxılış
- Mart 2025
- Müddət
- 11 ay
- Komanda
- 14 nəfər

Nə idi
Bankın tətbiqini 2017-ci ildə başqa podratçı yazmışdı. Köhnə Android telefonlarda hər 20 açılışdan biri xəta ilə bağlanırdı, kart sifarişi və öz hesabları arasında köçürmə yalnız filialda edilirdi. Bank tətbiqi saxlamaq istəmirdi: kodun sənədi yox idi, hər dəyişiklik iki-üç həftə çəkirdi.
Nə qurduq
- Android üçün Kotlin, iOS üçün Swift ilə iki native tətbiq
- Kartın sifarişi və kuryerlə çatdırılması, kartın bloklanması və limitlər
- Telefon nömrəsi ilə köçürmə və şablonlar
- Yeni müştəri üçün SİMA ilə şəxsiyyətin təsdiqi və hesabın açılması
- Bankın əsas sistemi ilə tətbiq arasında Java və Kafka üzərində yeni API qatı
Nəticə
61 000 → 148 000
tətbiqdən hər ay istifadə edən müştəri
mart 2025 – mart 2026
38%
yeni kartların tətbiqdən sifarişi
2026-cı ilin I rübü
4,8% → 0,3%
xəta ilə bitən sessiyalar
buraxılışdan sonrakı 6 ay
İki həftədən bir yeni versiya çıxır və mən onun nə gətirdiyini əvvəlcədən bilirəm. Köhnə tətbiqdə bu mümkün deyildi.
Rəqəmsal kanallar departamentinin rəhbəri, 30 filiallı bank
Texnologiyalar
- Kotlin
- Swift
- Java, Spring Boot
- PostgreSQL
- Apache Kafka
- Figma
- Appium


