Əsas məzmuna keçin
sətir

· 4 dəqiqəlik oxu

Startap şəhadətnaməsi: kimə verilir və nəyə qənaət etdirir

Məhsulunu sıfırdan quran kiçik şirkətlər üçün üç illik vergi güzəşti. Kim verir, kim müraciət edə bilər və güzəşt nəyə aiddir.

Kiçik komanda masa arxasında sənədlərə baxır

«Startap» şəhadətnaməsini Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) verir. Müraciətlərə agentliyin yanında Ekspert Şurası baxır və 2025–⁠2026-⁠cı illərdə hər bir neçə ayda bir yeni şirkətlər siyahısı açıqlanıb. Məlumatlar 2026-⁠cı ilin iyul ayına aiddir.

Kim müraciət edə bilər

  • Mikro və kiçik sahibkarlıq subyektləri.
  • İnnovativ layihəsi hələ inkişaf mərhələsində olanlar.
  • Müraciət forması, sənədlər və meyarlar KOBİA-⁠nın smb.gov.az saytındadır.

Güzəşt nəyə aiddir

Şəhadətnamə innovasiya fəaliyyətindən gələn gəliri şəhadətnamənin verildiyi gündən 3 il müddətinə mənfəət vergisindən (hüquqi şəxs üçün) və ya gəlir vergisindən (fərdi sahibkar üçün) azad edir. Başqa vergilər barədə şəhadətnamə heç nə demir, ona görə ƏDV-⁠ni (qeydiyyatdasınızsa, 18%) və sosial ödənişləri büdcəyə adi qaydada qoyun.

Biz nədə kömək edirik

Müraciətə məhsulun texniki təsvirini, arxitekturasını və inkişaf planını əlavə etmək lazım gəlir. Araşdırma mərhələsində bunları elə müraciətə uyğun formada hazırlayırıq. 2023-⁠cü ildən bəri şəhadətnamə alan dörd müştərimizin məhsulunu biz yazmışıq. Vergi məsələsini isə mühasibinizlə yoxlayın: bu məqalə vergi məsləhəti deyil.

Məlumatlar məqalənin tarixinə aiddir.

DavamıNecə işləyirik: araşdırmadan buraxılışa

Digər məqalələr

Zəng edinWhatsApp-da yazınDəstək müraciətiQiymətləndirin