Əsas məzmuna keçin
SarvanLogistika

Ələt liman ofisi

Bərə və konteyner yüklərinin limanda qəbulu, gömrük bəyannamələri

Konteyner terminalının kranları və yanalmış gəmi
Ünvan
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, inzibati bina, otaq 214, Ələt qəsəbəsi, Qaradağ rayonu
Filial rəhbəri
Samir Hüseynov
Açılış ili
2018
Bakı terminalından yol
72 km

İş saatları

B.e.–cümə
09:00–18:00
Şənbə
09:00–14:00
Bazar
bağlıdır

Bağlama qəbul edilmir, yalnız liman və gömrük işləri

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, inzibati bina, otaq 214, Ələt qəsəbəsi, Qaradağ rayonu

Google Maps-də açın

Limandan yükü götürmək üçün

Ofis limanın inzibati binasındadır. Limanın ərazisinə maşın yalnız buraxılış vərəqəsi ilə girir: onu bir iş günü əvvəl biz sifariş edirik.

  • Konosamentin və ya CMR qaiməsinin əsli
  • Yük sahibinin möhürlü etibarnaməsi
  • Gömrük bəyannaməsinin nömrəsi (bəyannaməni biz veririksə, ofisdə hazır olur)
  • Maşının dövlət nömrəsi, sürücünün adı və şəxsiyyət vəsiqəsinin nömrəsi

Bu filialdan çatdırdığımız məntəqələr

Ələt bərə terminalı, konteyner meydançası, Ələt Azad İqtisadi Zonası, Qobustan, Səngəçal

Kuryerin çıxdığı günlər
Bazar ertəsindən şənbəyədək

Yükünüz limana nə vaxt çatır?

Konosamentin və ya CMR-⁠in surətini göndərin: gömrük xərcini və limandan anbarınıza daşıma haqqını iki iş saatı ərzində hesablayırıq.

Çağrı mərkəzi: hər gün 09:00–20:00

Zəng edinİzləməTəklif alın