Əsas məzmuna keçin
ƏrğuvanTibb mərkəzi · BakıAna səhifə

Daimi yorğunluq: qalxanabənzər vəzi nə vaxt yoxlatmalı

Dərc edilib · 3 dəq oxu · Endokrinologiya

Qadın əlini boynunun önünə qoyub

Daimi yorğunluğun ən çox rast gəlinən səbəbləri yuxusuzluq, stress və anemiyadır. Amma qadınlarda, xüsusən doğuşdan sonra və 40 yaşdan sonra, qalxanabənzər vəzin zəif işləməsi (hipotireoz) də tez-tez səbəb olur.

Hansı əlamətlərə diqqət etməli

  • Yuxudan sonra da keçməyən yorğunluq.
  • Hamıya isti olanda üşümək.
  • Səbəbsiz çəki artımı.
  • Saç tökülməsi və quru dəri.
  • Qəbizlik.
  • Menstruasiyanın pozulması.

Hansı analiz

İlk addım TSH analizidir: qiyməti 12 ₼-dır, nəticəsi ertəsi gün hazır olur. TSH normadan kənardırsa, endokrinoloq sərbəst T4 və antitellər yazır, lazım olsa, vəzin USM-ini edir.

Hipotireozun müalicəsi adətən gündə bir həbdir, doza 6–8 həftədən bir TSH-a görə tənzimlənir. Hamiləlik planlaşdırırsınızsa, TSH-ı əvvəlcədən yoxlatmaq xüsusilə vacibdir.

Məqalə məlumat üçündür və həkim müayinəsini əvəz etmir.