Əsas məzmuna keçin
ƏrğuvanTibb mərkəzi · BakıAna səhifə

Uşaqda qızdırma: nə vaxt həkimə getməli

Dərc edilib · 3 dəq oxu · Pediatriya

Alnında soyuducu yapışqan olan uşaq valideyninin qucağında uzanıb

Qızdırma özü xəstəlik deyil: orqanizm infeksiyaya belə cavab verir. Ona görə rəqəmdən çox uşağın özünü necə hiss etdiyinə baxın. 38,5 °C qızdırması olub oynayan uşaq 38 °C ilə süst uzanan uşaqdan daha az narahatlıq doğurur.

Dərhal təcili yardım çağırın (103)

  • 3 aylığadək körpədə 38 °C və yuxarı qızdırma.
  • Uşaq çətin oyanır, süstdür, sizə reaksiya vermir.
  • Nəfəs alması çətinləşib, nəfəs alanda qabırğaların arası içəri çəkilir.
  • Üstündən basanda solmayan səpgi.
  • Qıcolma.
  • 8 saatdan çoxdur sidiyə getmir, ağlayanda göz yaşı yoxdur.

Həmin gün pediatra yazılın

  • Qızdırma 3 gündən çox çəkir.
  • Qulaq ağrısı və ya boğaz ağrısı ilə udmaq çətinləşib.
  • Qızdırma düşəndən sonra yenidən qalxıb.

Evdə nə etmək

Uşağa tez-tez, az-az su verin və qalın geyindirməyin. Parasetamol və ya ibuprofeni uşağın çəkisinə görə verin; həkim deməyibsə, iki dərmanı növbə ilə verməyin. Uşağı spirtlə və ya sirkə ilə silmək olmaz.

Nəsimi filialında bazar günləri də 09:00–15:00 növbətçi pediatr qəbul edir.

Məqalə məlumat üçündür və həkim müayinəsini əvəz etmir.