Əsas məzmuna keçin
Dayaq

· 4 dəqiqəlik oxu

Kredit tarixçənizi ildə iki dəfə pulsuz yoxlayın

Kredit təşkilatları müraciətinizə baxanda ilk növbədə kredit bürosuna baxır. Orada nə yazıldığını əvvəlcədən özünüz görə bilərsiniz.

Əldə telefon, arxada sənəd qovluğu

Azərbaycan Kredit Bürosu bank və kredit təşkilatlarından hər borcalanın kreditləri, ödənişləri və gecikmələri barədə məlumat toplayır. «Kredit büroları haqqında» Qanuna görə bu məlumatı özünüz də almaq hüququnuz var.

Findoc portalı

  • Findoc.az-⁠da qeydiyyat razılıq ərizəsini SİMA və ya ASAN İmza ilə imzalamaqla olur.
  • Kredit tarixçəsi və skorinq hesabatı ildə iki dəfə pulsuzdur, sonra hər hesabat ayrıca və ya abunə ilə ödənilir.
  • Hesabatı PDF kimi və ya ASAN İmza ilə imzalanmış şəkildə yükləmək olar.
  • Qeydiyyatdan keçənlərə tarixçəyə gecikmə yazılanda e-poçtla bildiriş gəlir.

Səhv görsəniz

Portalda tarixçəyə etiraz göndərmək olar. Səhv bizim kreditimizdədirsə, məsələn ödənişiniz gec yazılıbsa, zəng mərkəzinə və ya filiala da müraciət edin: düzəlişi bürodan əvvəl biz göndəririk və sizə yazılı cavab veririk.

Biz tarixçəyə necə baxırıq

Bağlanmış köhnə gecikmələr kredit üçün maneə deyil. Baxdığımız əsas şey hazırda 30 gündən uzun açıq gecikmənin olub-olmaması və bütün kreditlər üzrə aylıq ödənişlərin gəlirə nisbətidir.

Bütün yazılar
Zəng edinWhatsApp-da yazınKrediti ödəyinMüraciət