· Yollar və sərhədlər · 3 dəqiqəlik oxu
Qış mövsümü: sərhədlərdə və dağ yollarında nə dəyişir
Noyabrın 15-dən maşınlarımız qış təkərinə keçir. Dekabr–fevralda Türkiyə və Avropa yüklərinin müddətinə 1–2 gün əlavə edin.

Noyabrın 15-dən martın 15-dək bütün dartıcılarımız qış təkərində gedir, kabinədə zəncir və 48 saatlıq ərzaq ehtiyatı olur. Qış yolun özünü yox, sərhəddəki və aşırımlardakı gözləməni uzadır. Keçən qışın rəqəmləri ilə bu il nəyi gözlədiyimizi yazırıq.
Gecikmə haradan yaranır
- Sarp keçidi, Türkiyə–Gürcüstan sərhədi: keçən yanvarda maşınlarımız orta hesabla 14 saat gözlədi, oktyabrda bu, 5 saat idi.
- Gürcüstanda Rikoti aşırımı: güclü qarda yük maşınları üçün 6–24 saat bağlanır.
- «Qırmızı Körpü»: 20–31 dekabr arası Yeni il yükləri ilə növbə ilin ən uzun vaxtına çatır.
- Xəzər bərələri: fırtınada limandan çıxmır, maşın və vaqonlar Aktauda 5 günədək gözləyir.
Biz nəyi dəyişirik
- Dekabrdan fevraladək Türkiyə və Avropa yükləri üçün təklifdəki müddətə 1–2 gün əlavə edirik.
- Donmamalı yükü (içki, boya, kosmetika, məişət kimyası) +5 °C rejimli soyuducu yarımqoşquda aparırıq; fərqi təklifdə ayrıca göstəririk.
- Avropa reyslərinə həmişəki kimi iki sürücü çıxır: maşın istirahət üçün dayanmır, növbədə itirilən vaxtın bir hissəsi yolda geri qaytarılır.
Siz nə edə bilərsiniz
Dekabrın 20-dək lazım olan malı həmişəkindən bir həftə tez sifariş edin. Yük yola çıxandan sonra hər sərhəd keçidi izləmə səhifəsində qeyd olunur; maşın aşırımda dayanıbsa, dispetçer bunu qeydə yazır.


