Əsas məzmuna keçin
MəskənSeçilmişlər

· 5 dəqiqəlik oxu

Bakıda mənzil qiymətləri: 2026-⁠cı ilin payızı

Yeni tikililər köhnələrdən sürətlə bahalaşır, kirayə isə daha yavaş artır. Rəsmi və peşəkar mənbələrin rəqəmləri və bizim sövdələşmələrimiz.

Bakı körfəzi və şəhər, yuxarıdan görünüş

Rəsmi mənbələr nə deyir

Mərkəzi Bankın avqust icmalına görə, 2026-⁠cı ilin ikinci rübündə mənzillər bir il əvvəlki ilə müqayisədə bahalaşıb: yeni tikililər 12,4%, təkrar bazar 8,6%. Kirayə qiymətləri 7,4% artıb, yəni alış qiymətindən geri qalır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Bakı üzrə orta qiyməti 1 m² üçün 2 934 ₼ hesablayır. Ən baha rayonlar Səbail (orta hesabla 4 132 ₼) və Nəsimidir (3 724 ₼). Nizamidə orta qiymət 2 701 ₼, Binəqədidə 2 540 ₼ olub. AQC-⁠yə görə il ərzində yeni tikililər orta hesabla 14,3%, köhnə tikililər 10,6% bahalaşıb; ən sürətli artım Səbail (22%), Yasamal (20,6%) və Xətaidə (19%) qeydə alınıb.

Bizim sövdələşmələrimiz

Aprel–sentyabr aylarında satdığımız və qiymətləndirdiyimiz mənzillərin median qiyməti rəsmi rəqəmlərə yaxındır, amma eyni deyil: biz orta yox, median götürürük və yalnız real sövdələşmə və ya qiymətləndirmə olan mənzilləri sayırıq. Rayonlar üzrə cədvəlimiz «Rayonlar» səhifəsindədir.

  • Satıcıların istədiyi ilə bağlanan qiymət arasında fərq orta hesabla 4–6% olub.
  • Düzgün qiymətlə çıxarılan mənzil orta hesabla 47 günə satılıb; qiyməti 10%-dən çox şişirdilənlər üç aydan çox gözləyib.
  • Kirayədə mebelli 1–2 otaqlı mənzillər bir həftədən tez gedir; mebelsizlər iki-⁠üç həftə gözləyir.

Bu, alıcı üçün nə deməkdir

Qiymət hələ də artır, ona görə düşməsini gözləmək riskli ola bilər. Amma eyni rayonda yeni tikili ilə köhnə tikili arasındakı fərq 7–13% qalır: təmirli köhnə mənzil çox vaxt eyni pula daha geniş olur. Dövlət ipotekası yalnız 1970-⁠ci ildən sonra tikilmiş binalara verilir, köhnə daş binalar üçün yalnız bank ipotekası qalır.

Bütün yazılar
Zəng edinWhatsApp-da yazınAxtarış